Şəkərbura
е:
Novruzun dadı 24 ədəd şəkərbura üçün…
TƏLƏB OLUNAN ƏRZAQLAR
Maya:
0,5 st. Süd
1 ç.q. un
¼ ç.q. quru maya
Xəmir:
250 q. un
1 ç.q. duz
125 q. əridilmiş kərə yağı
1 yumurta
1 x.q. xama
İçlik:
300 q. çəkilmiş fındıq
260 q. şəkər tozu
1 ç.q. hil
HAZIRLANMA QAYDASI
Yarım stəkan ilıq südə un, şəkər tozu və quru maya qatıb qarışdırırıq. Məhlulu 10 dəg. isti yerdə saxlamaq.
Böyük qaba mayalı məhlulu, yağı, yumurtanı, xamanı, duzu tökmək və qarışdırmaq. Üzərinə unu ələyib əvvəlcə qaşıqla qarışdırmaq daha sonra əllə yumşaq xəmir yoğurmaq. Xəmir 1 saat acımalıdır.
Gəlmiş xəmiri unlanmış taxtanın üzərinə qoyub 4 hissəyə bölmək. Hissələri kündələyib hər kündəni 6 yerə bölüb kiçik kündələr formalaşdırmaq lazımdır. 24 kündə alınmalıdır. Bu gələcək şəkərburalardı J
Kündəni yayıb içərisinə 2 ç.q. iç qoyub büküb qırağlarını burmaq lazımdır. (bunu etmək üçn bir az ustalıq lazımdır. Mənim buruqlarım gəşənq alınmır bəlkə uzun dırnaqlı xanımlarda daha yaxşı alınar.. Amma dırnaqlarınız uzundursa çətin ki şəkərbura bişirəsiz.. Nəyisə.. )
Bükülmüş şəkərburaların üzərinə naxış vurmaq lazımdır. Bunu xüsusi maqqaş vasitəsi ilə etmək lazımdır. Bəzənilən şəkərburanın üstü quru olmamalıdır yoxsa üzərində ağ çattaqlar əmələ gələ bilər. Şəkərburalara naxışı istədiyiniz şəkildə vura bilərsiniz. Hətda yazı yaza bilərsiniz. Ənənəvi bəzək isə ziq-zaqvari olur. Son vaxtlar bəzi xanımlar şəkərburanın üzərini bəzəmək üçün şəkərli muncuqlardan istifadə edir. Bu da çox gözəl görsənir. Naxışlanan şəkərburanı azı 40 dəq. sərin yerdə saxlamaq lazımdır ki üstü qurusun və naxışlar bərkisin. Əks halda isti sobaya qoyulan şəkərburaların bəzəyi əriyib itə bilər. Zəhmətiniz heç olmasın deyə mütləq şəkərburanı qururdun.
40 dəq. sonra şəkərburanı 170 C dərəcədə qızdırılmış sobaya qoyun. Şəkərbura altı qızaran kimi hazır olur. Nə badə sobanın üst hissəsini yandırasız!! Üzü qızarmış şəkərburanın masaya verilməsi qadağandır!!! Zarafat edirəm, Sizin gözəl əllərinizdən çıxan bu şəkərburaları evdəkilər sevə-sevə yeyecəklər. Üstü ağ qalsa isə ondan həmdə vizual zövq alacaqlar.
10-15 dəq. sonra altı qızaran şəkərburanı sobadan çıxarın və soyudub masaya verə bilərsiniz!
Bu çətin işdə Sizə uğurlar arzu edirik!
P.S. BU video Sizə yuxarıda yazılanları oxumadan əla şəkərbura hazırlamağa yardımçı olacaq
«Creative Commons Attribution music by Josh Woodward …
Azərbaycanın milli şirniyyatı şəkərbura Источник видео youtube.com/watch?v=ux0JuX17llI